.

“Piyalə-zəng” sırğaları

Filiqran və ya hörmə naxış üsulu ilə iki elementdən çevrilmiş zınqırov və ya piyalə formasında hazırlanan “Piyalə-zəng” sırğaları. Bir-birinin altında yerləşən iki piyalə formalı sırğa kompozisiyasının kənarları miniatür asqılarla bəzədilib.

Bu asqılar ən cüzi hərəkət zamanı yellənərək cingildəyir ki, bu da kompozisiyanı bədii həll baxımından bayram əhval-ruhiyyəli sənət əsərinə çevirir.

Asma sırğaların ənənəvi formasında hazırlanan “Piyaləzəng” sırğaları qədim inanca görə öz zərif cingiltisi ilə şər qüvvələri insandan uzaqlaşdırır.

Aktiv filtrlər

165,00 ₼

Gümüşdən hazırlanmışdır

Bu məhsul yalnız Azərbaycan Respublikasından sifariş oluna bilər

Yuxarı