.

“Heybət” kolleksiyası

“Heybət” kolleksiyası

Azərbaycanın ən gözəl memarlıq abidələrindən ilham alan “BUTALI” brendinin ustaları Bibiheybət məscid-ziyarət kompleksinin ornamental memarlıq kompozisiyaları əsasında “Heybət” kolleksiyasını yaratmışlar. Bir kulon və iki sırğadan ibarət olan bu bəzək dəstinin əsasını “gübbə” ornamental kompozisiyası təşkil edir. Bibiheybət kompleksinin interyerində də məhz bu ornamental dekordan geniş istifadə edilmişdir.

Təqdim olunan zərif naxış və onun filiqran (hörmə) qızıl haşiyəsi daxildən qırmızı güzgülərlə bəzədilmiş, kənarlarına isə qızılı hərflərlə Qurani-Kərimin surələri həkk olunmuş Bibiheybət məscidziyarət kompleksi günbəzinin bədii tərtibatını xatırladır.

Aktiv filtrlər

70,00 ₼

Mina ilə 316L zərgərlik poladdan hazırlanmışdır

70,00 ₼

Mina ilə 316L zərgərlik poladdan hazırlanmışdır

50,00 ₼

Mina ilə 316L zərgərlik poladdan hazırlanmışdır

Yuxarı